Geri

08/07/22

Elmi şura əmək haqqlarının artımına səs verdi.


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şuranın 2021/2022 tədris ilində son iclası keçirilib.
Şura iclasını adəti üzrə Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açaraq iştirakçıları ilk öncə müsəlman dünyasının ən müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təbrik edib və xoş bayram arzularını bildirib. Həmçinin, Elmi şuranın üzvü, LDU-nun prorektoru Kamran Kazımovu filologiya elmləri doktoru elmi adı alması münasibətilə şura üzvləri adından təbrik edərək uğurlar arzulayıb.Təbriklərdən sonra şura rəsmisi iştirakçıları gündəlikdə duran məsələlər barədə məlumatlandırıb.
Gündəlik təsdiq olunandan sonra müzakirəyə çıxarılan məsələlər barədə müzakirə başlanıb. Müzakirə olunan ilk məsələ -universitet Elmi şurasının yeni tərkibi barədə Elmi katib Allahşükür Quliyev məlumat verib.Şura üzvləri səsvermə yolu ilə 31 nəfərdən ibarət yeni tərkibi yekdilliklə təsdiqləyiblər.
“Universitetin struktur bölmələrində edilmiş dəyişikliklərin təsdiqi” və “Tədris və köməkçi heyət üzvlərinin əmək haqqının artırılması” haqqında Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Şura üzvləri işçilərin əmək haqqlarında artımların edilməsini dəstəkləyib və lehinə səs veriblər.
Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib.
Bununla da LDU Elmi şurası 2021/2022 tədris ilində son iclasını yekunlaşdırıb. Qeyd edək ki, bu, Elmi şuranın yeni tərkibdə keçirilən ilk iclası olub.

Elmi şura əmək haqqlarının artımına səs verdi.


Mənbə:
Paylaş: