Geri

29/11/22

LDU-da “Amerika guşəsi” maarifləndirmə tədbiri keçirib.


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən “Amerika guşəsi” universitetin professor-müəllim-tələbə heyəti üçün maarifləndirmə tədbiri keçirib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev açıb.
Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, Elektron resurslar üzrə koordinator Sona Hüseynova, Sosial media üzrə koordinator Hikmət Novruzəliyev iştirakçıları E-Library USA (Amerika kitabxanası), J-STOR EBSCO elektron bazaları haqqında məlumatlandırıblar.
Tədbirdə Bakı Amerika Mərkəzinin fəaliyyət istiqamətləri, proqramlar, tammətnli elektron elmi bazalarının təklif etdiyi imkanlar, onlardan istifadə qaydaları barədə ətraflı söz açılıb.Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan sonra praktik məşğələlər yerinə yetirilib.

LDU-da “Amerika guşəsi” maarifləndirmə tədbiri keçirib.


Mənbə:
Paylaş: