Geri

30/01/23

İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib.


Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının son həftəsində tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri yenidən universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini bir daha canlı izləyiblər. İctimai şuranın sədri Güloğlan Bağırov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, teatrşünas Tofiq Heydərov universitetin II saylı tədris korpusunda imtahanların gedişi, imtahan mərkəzinin fəlaiyyəti, Operativ Qərargahın işi barədə məlumatlandırılıblar.
İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirərək universitet rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca əyani izləmək imkanı yaradılıb.

İctimai şura üzvləri  LDU-da imtahanların gedişini izləyib.


Mənbə:
Paylaş: