Geri

09/03/23

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsində


Lənkəran Dövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında olan Akademik Əməkdaşlıq Protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi 28 fevral 2023-cü il tarixində istehsalat təcrübəsi keçmək üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinə gediblər. Tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübə keçəcəklər.

Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində Qars Qafqaz universitetinin professor-müəllim heyəti Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisası tələbələrinə mühazirə oxumaq üçün Türkiyədən dəvət olunub.

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsində


Mənbə:
Paylaş: