Geri

27/09/19

Elmi şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) elmi şuranın növbəti iclası keçirilib.İclası universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Elmi şurada ilkin olaraq 2018-2019-cu tədris ilinin yekunları və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirəyə çıxarılıb.Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi hər iki tədris korpusunda imtahanlara hazırlıq işlərinin tam başa çatdığını,bu sahədə hər hansı narahatlığın olmadığını,sessiyanın tam şəffaf və obyektiv keçirilməsi üçün bütün mümkün tədbirlərin görüldüyünü şura üzvlərinin diqqətinə çatdırıb.

Şura üzvləri universitet “Elmi və tədrisi-metodiki şurasında baxılan işlərin müzakirəsini də keçiriblər.Tədris vəsaitlərinə qoyulan tələblərlə bağlı təkliflər geniş müzakirə edilib.Bu mövzuda universitetin Elmi katibi Allahşükür Quliyev ətraflı açıqlama verib. “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi barədə məsələ də Elmi şuranın gündəliyinə çıxarılıb və açıq səsvermə yolu ilə qərarlar qəbul edilib.

Elmi şurada bir sıra cari məsələlərə də baxılıb.Şura iclasını yekunlaşdıran professor Natiq İbrahimov prorektorlar, dekan, kafedra müdirlərinə hazırkı imtahan sessiyasında maksimum diqqətli olmağa, ortaya çıxa biləcək problemləri operativ həll etməyə çağırıb.

Xatırladaq ki, LDU-da yaz semestrinin imtahan sessiyası iyunun 3-dən start götürür.

Elmi şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.


Mənbə:
Paylaş: