LDU ali təhsil müəssisələrinin sərgisində iştirak edib
30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda təşkil olunmuş ali təhsil müəssisələrinin sərgisində Lənkəran Dövlət Universiteti (LDU) də iştirak edib.
LDU-nu ali təhsil müəssisələrinin sərgisində universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov, “Təhsildə Keyfiyyət Təminatı” şöbəsinin müdiri, dos. Fərid Xankişiyev, “Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi” şöbəsinin tyutoru Aytac Əliyeva təmsil ediblər. Sərginin gedişatında Lənkəran Dövlət Universitetinin stendinə yaxınlaşan vətəndaşların sualları universitet əməkdaşları tərəfindən cavablandırılıb
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və düzgün ixtisas seçimində dəstək göstərməkdir. Xatırladaq ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələri təmsil olunub.