Lənkəran
Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27
Sentyabr – Anım Günü ilə əlaqədar “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya
keçirilib. Tədbir
iştirakçıları torpaqlarımızın bütövlüyü, Vətənimizin müstəqilliyi uğrunda
qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan
Respublikasının Dövlət Himni səslənib. LDU-nun 11 şəhid məzununun xatirəsinə həsr
edilmiş videoçarx nümayiş edilib.
LDU-nun yaradıcı tələbələrinin ifasında “Sizləri
kimsə unutmaz!” tamaşa-kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanıb. Tədbirdə tələbələrin vətənpərvərlik, qəhrəmanlıq, şəhidlik mövzusunda çəkdikləri rəsm əsərləri
nümayiş etdirilib.