LDU-da işə qəbulla bağlı maarifləndirici seminar keçirilib

Universitet logosu
Tarix: 23 Oktyabr 2025
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən tələbələr üçün “Dövlət qulluğuna qəbul qaydaları” mövzusunda seminar keçirilib.
Seminarı LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən Ramiz Şəmmədov açaraq tədbirin mahiyyətini açıqlayıb, tələbələri diskussiya şəraitində keçirilən seminarda fəal olmağa çağırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatında Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, kadr məsələləri sektorunun müdiri Cəhanə Nəbiyeva, təlim və tədris sektorunun baş məsləhətçisi Həsənağa Hüseynov dövlət qulluğunun üstünlükləri, qulluğa qəbulun şərtləri, həyata keçirilən dəyişikliklər və perspektiv planlar barədə məlumat vermişlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.