LDU tələbələri üçün uğurlu şans

Universitet logosu
Tarix: 05 Noyabr 2025
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) Enactus komandası üçün müsahibə mərhələsi uğurla həyata keçirilib. Seçim mərhələsində 258 tələbə müsahibə mərhələsinə keçid alıb.
Qeyd edək ki, müsahibə zamanı tələbələrin sosial məsuliyyət hissi, komanda işi, innovativ düşüncə və liderlik bacarıqları qiymətləndirilib.
Müsahibələrdə universitet rəhbərliyi, fakültə nümayəndələri və Enactus komandasının rəhbər heyəti iştirak edib. Müsahibə mərhələsində əsas amil kimi şəffaflıq götürülüb, istedadlı tələbələrin seçilməsinə diqqət yetirilib. Müsahibədə əsas məqsəd LDU tələbələrində sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və gənclərin innovativ ideyalarının dəstəklənməsi olub.