Elmi şurada LDU-nun yeni Strateji İnkişaf planının layihəsi təsdiq edilib
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclasını şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov açıb. Şura sədri gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl iştirakçıları və onların simasında bütün LDU kollektivini qarşıdakı bayramlar-8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü və 12 Noyabr Konstitutsiya Günü münasibətilə təbrik edərək xoş bayram arzularını çatdırıb.
Elmi şuranın gündəliyinə çıxaran birinci məsələ-2025/2026-cı tədris ilinin payız semestrinin gedişi barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Z. Məmmədov ötən Elmi şuradan keçən müddət ərzində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev şura üzvlərini universitetin yeni Strateji İnkişaf planının (2025-2035-ci illər) layihəsi ilə ətraflı tanış edib, müzakirə nəticəsində meydana çıxan sualları cavablandırıb. Elmi şura üzvləri Strateji İnkişaf planının layihəsinə yekdilliklə səs veriblər.
Elmi və tədris metodiki şurada baxılan işlərin təsdiqi barədə Şuranın katibi, Baş elmi katib dos. Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada digər cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.