LDU-da Zəfər tədbiri

Universitet logosu
Tarix: 13 Noyabr 2025
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir. LDU Həmkarlar İttifaqı Komitəsi və universitet rəhbərliyinin birgə təşkilatçılığı ilə bu tədris ocağında çalışan I və II Qarabağ müharibəsi iştirakçıları üçün bayram süfrəsi açılıb.
Universitet HİK-nin sədri Vaqif Quliyev iştirakçıları şanlı Zəfərimizin 5 illiyi münasibətilə LDU-nun rektoru, prof. Natiq İbrahimovun adından təbrik edərək xoş bayram arzularını çatdırıb.