LDU-da kollektiv müqavilə imzalanıb
Lənkəran Dövlət Universiteti Publik Hüquqi Şəxs(PHŞ ) ilə LDU Həmkarlar İttifaqı Komitəsi arasında 2025-2027-ci illər üçün kollektiv müqavilə imzalanıb.
Lənkəran Dövlət Universiteti tərəfindən müqaviləni universitetin rektoru, prof. Natiq İbrahimov, LDU Həmkarlar İttifaqı Komitəsi tərəfindən sədr Vaqif Quliyev imzalayıblar.
İmzalama mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov iştirak edib.
Qeyd edək ki, kollektiv müqavilə işəgötürənlə işçilər arasında əmək, sosial-iqtisadi və digər münasibətləri tənzimləmək məqsədi daşıyır.