AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması bu gün Lənkəran Dövlət Universitetində (LDU) davam edib.
AzEdu.az və LDU-nun birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının təmsilçisi Kamil Kazımov, Lənkəran Dövlət Universitetinin nümayəndələri və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatları AzEdu.az Təhsil Portalının təmsilçisi Kamil Kazımov təqdim edib. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib.
Qeyd edək ki, LDU-nun 10 tələbəsi bu statusa layiq görülüb.