Lənkəran Dövlət Universiteti 2026-cı il üzrə ilk dəfə olaraq QS Avropa və QS Asiya dünya universitetləri reytinqinə daxil olmuşdur.

Universitet logosu
Tarix: 28 Yanvar 2026
Ümumi xəbərlər
1. Universitet QS Europe (Avropa Universitetləri Reytinqi) siyahısında yer alaraq Avropa ali təhsil müəssisələri sırasında 601–650 aralığında qərarlaşıb. Bu uğur LDU-nun Avropa təhsil məkanında tanınmasının əhəmiyyətli göstəricisidir.

2. Eyni zamanda, LDU QS Western Asia (Qərbi Asiya) reytinqində 54-cü yeri əldə edib. Bu, universitetin region ölkələri daxilində akademik səviyyə və nüfuz baxımından güclü mövqe tutduğunu göstərir.

Məlumat üçün bildirək ki, bu reytinqlər QS Quacquarelli Symonds tərəfindən universitetlərin təhsil keyfiyyəti, elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq və nüfuz kimi bir sıra kriteriyalar əsasında qiymətləndirilməsi nəticəsində müəyyən edilir. Lənkəran Dövlət Universitetinin belə nəticələr əldə etməsi təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq səviyyədə tanınması istiqamətində əhəmiyyətli addım hesab olunur.