LDU tələbələrinin istehsalat və pedaqoji təcrübələrinə start verilib
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Kitabxanasının Böyük akt zalında 2025-2026-cı tədris ilinin yaz semestrində bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə sonuncu tədris ili ixtisas qruplarında təhsil alan, bu semestr istehsalat və pedaqoji təcrübə keçəcək tələbələrlə görüş keçirilib.
Tədbiri universitetinTədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və təcrübənin təşkili ilə bağlı tələbələrə geniş açıqlama verib. Bildirib ki, istehsalat təcrübəsi “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə 7 (yeddi) həftə olmaqla 16 fevral - 3 aprel 2026-cı il, “Təbiyyat” fakültəsinin “Ekologiya”, “Aqrar və mühəndislik” fakültəsinin “Qida mühəndisliyi”; “Torpaqşünaslıq və aqrokimya” (A və B ixtisas qrupları), “Aqronomluq” (A və B ixtisas qrupları), “Meşəçilik” (A və B ixtisas qrupları), “Bitki mühafizəsi”, Tarix-coğrafiya və incəsənət fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə 14 (on dörd) həftə olmaqla 16 fevral – 22 may 2026-cı il, “Aqrar və mühəndislik” fakültəsinin “Kompüter mühəndisliyi”; “İnformasiya texnologiyaları”; Filologiya və İbtidai təhsil” fakültəsinin “Tərcümə (ingilis dili üzrə)” ixtisasları isə 20 (iyirmi) həftə olmaqla, 16 fevral - 3 iyul 2026-cı il tarixləri aralığında keçiriləcəkdir.
Pedaqoji təcrübə “Təbiyyat” fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” V tədris ili (A və B ixtisas qrupları), “Kimya və biologiya müəllimliyi” V tədris ili, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” V tədris ili ixtisas qrupları üzrə 20 həftə olmaqla, 16 fevral 2026-cı il tarixində başlanıb və 3 iyul 2026-cı il tarixində bitməsi, “Təbiyyat” fakültəsinin “Riyaziyyat müəllimliyi“, “Fizika müəllimliyi”, “Texnologiya müəllimliyi” ixtisaslarında IV tədris ili, “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” (A və B ixtisas qrupları), “Xarici dili müəllimliyi (ingilis dili üzrə)” (A və B ixtisas qrupları), “İbtidai sinif müəllimliyi” (A və B ixtisas qrupları), “Məktəbəqədər təhsil”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarında IV tədris ili, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Tarix müəllimliyi” (A və B ixtisas qrupları), “Coğrafiya müəllimliyi”, “Musiqi müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında IV tədris ili tələbələri üçün 20 həftə olmaqla 16 fevral 2026-cı il tarixində başlanıb və 3 iyul 2026-cı il tarixinədək təşkil edilməsi nəzərdə tutulmuşdur.
Görüşün sonunda istehsalat və pedaqoji təcrübəyə buraxılan tələbələri maraqlandıran suallar cavablandırılıb.