Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet və LDU nəzdində Sosial-Aqrar Texnoloji Kollecin kollektivinə Təbriki.

Universitet logosu
Tarix: 19 Mart 2026
Ümumi xəbərlər
Əziz tələbələr, hörmətli professor-müəllim, işçi heyəti!
Xalqımızın ən gözəl milli bayramı olan Novruz əsrlərdir ki, insanlara bahar, bayram ovqatı bəxş edir, yenilənən təbiətlə birgə arzularımız, ümidlərimiz də təzələnir, yaşamaq, yaratmaq, qurmaq həvəsimiz artır, bahar təravəti, hərarəti qəlblərimizi isidir.
Novruz yeni gün, yeni arzular, yeni ovqat deməkdir. Hamınıza Bahar,bayram ovqatı, Novruz əhval-ruhiyyəsi arzulayıram. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda qurban canından keçən şəhidlərimizin xatirəsini bu əziz bayram günlərində bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik amalı ilə sıx birləşən bütün soydaşlarımızı, LDU ailəsini, Sosial-Aqrar Texnoloji Kollecin kollektivini ürəkdən təbrik edir, dünyamıza əmin-amanlıq, evlərinizə ruzi-bərəkət, səadət, xoşbəxtlik, hər birinizə möhkəm can sağlığı, şəxsi həyatlarınızda və elmi fəaliyyətlərinizdə uğurlar arzulayıram.
Novruz bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Qeyd edək ki, Novruz bayramı münasibətilə LDU-nun bütün əməkdaşlarına pul mükafatları verilib.