LDU-da maarifləndirici sessiya keçirilib

Universitet logosu
Tarix: 19 Mart 2026
Ümumi xəbərlər
19 mart 2026 – cı il tarixində Lənkəran Dövlət Universitetində Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində maarifləndirici sessiya təşkil olunub. Tədbirdə “Məzunlarla iş və karyera bölməsinin əməkdaşları, 3- cü maarifçi tələbə - məzun təcrübə proqramının məzunları, Elm və Təhsil nazirliyinin əməkdaşı Rüqayyə Xıdırova, Lənkəran – Astara Regional təhsil idarəsinin əməkdaşı Hüseyn Məmmədli iştirak ediblər.
Tədbirdəki çıxışlarda bildirilib ki, “Maarifçi” proqramı gənclərin peşəkar inkişafına dəstək olmaq, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarını təmin etmək məqsədi daşıyır.
Görüş çərçivəsində tələbələr üçün müraciət qaydaları, qeydiyyat prosesi və seçim mərhələləri haqqında geniş izahlar təqdim olunub. Eyni zamanda müsahibə prosesi, qiymətləndirmə meyarları və uğurlu iştirak üçün vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir interaktiv formada davam etdirilərək tələbələri maraqlandıran suallar cavablandırılıb və onların karyera inkişafı ilə bağlı fikirləri dinlənilib.