LDU-nun Elmi şurasında fakültə dekanlarının hesabatı dinlənilib
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ- “2025/2026-cı tədris ilinin yaz semestrinin və təcrübələrin gedişi” barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.
Elmi şurada universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlər təsdiq edilib. Həmin işlər barədə şuranın katibi dos. Allahşükür Quliyev məlumat verib.
Sonra Filologiya və ibtidai təhsil, Təbiyyat, Baytarlıq fakültələri üzrə dekanların hesabatları dinlənilib.
Elmi şurada Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev universitetdə keçirilmiş zona fənn olimpiadalarının nəticələri ilə bağlı məlumatı da dinlənilib.
Elmi şurada digər cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.