LDU kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü ehtiramla yad edib.

Universitet logosu
Tarix: 10 May 2026
Ümumi xəbərlər
Mayın 10-da Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və əməkdaşları müasir və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Ulu Öndərin LDU haqqında söylədiyi dəyərli fikirlər bu gün də qürurla xatırlanır:
“Lənkəran Dövlət Universiteti təkcə elm və təhsil ocağı deyil, həm də bölgənin böyük mədəniyyət mərkəzidir.”
Azərbaycan Prezidenti İlham Əliyev də sosial şəbəkə hesablarında paylaşım edərək bildirib: “Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.”