LDU-da enerji strategiyasına həsr olunan seminar keçirilib.
Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Azərbaycanın yeni enerji strategiyası: rəqəmsal transformasiya və insan kapitalı” mövzusunda seminar keçirilib.
SOCAR nümayəndələri, eləcə də universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə “Əsrin müqaviləsi”nin ölkəmizin dayanıqlı iqtisadi inkişafında rolu, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi strateji layihələr, enerji sektorunda tətbiq olunan rəqəmsal həllər, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar edilib, interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir çərçivəsində “İz” sənədli filmi nümayiş olunub.