LDU-da keçirilən zona fənn olimpiadasının qalibləri mükafatlandırılıb
11.04.2026-cı il tarixində Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə üzrə keçirilən zona fənn olimpiadası qaliblərinin mükafatlandırma mərasimi olub. Bilik yarışında daha yaxşı nəticələr əldə edib qalib adını qazananlara Lənkəran Dövlət Universitetinin diplomları və xatirə hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib. Qaliblərə mükafatları Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov təqdim ediblər.
Xatırladaq ki, 9 ildir ənənəvi olaraq keçirilən olimpiadada bu il Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin 650-yə yaxın IX-XI sinif şagirdləri iştirak edib. Ümumilkidə isə bu günə kimi olimpiadalara 2500-dən çox şagird qatılıb.