LDU-nun rektoru, professor Natiq İbrahimovun 28 May-Müstəqillik Günü və Qurban bayramı münasıbəti ilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivinə Təbriki.
Xalqımız üçün milli birlik və qürur günü olan 28 May-Müstəqillik Günü və həmrəylik, mərhəmət, paylaşma kimi ali dəyərləri təcəssüm etdirən müqəddəs Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin bütün kollektivini-professor-müəllim-tələbə və işçiləri təbrik edir, bayram ovqatı arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsi olaraq bu gün xalqımız 28 May-Müstəqillik Gününü və Qurban bayramını tam ərazi bütövlüyü şəraitində, azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edir. Zəfər sevincini xalqımıza yaşadan şəhid oğullarımızın xatirəsini bayram günlərində bir daha ehtiramla yad edir, ruhları şad olsun deyir, qazilərimizə, əsgərlərimizə can sağlığı diləyirik.
Arzu edirəm ki, bu əlamətdar günlər dünyamıza sülh, əmin-amanlıq, ölkəmizə firavanlıq, evlərinizə ruzi-bərəkət, bolluq, sevinc gətirsin! Dövlət müstəqilliyimiz daimi, xalqımızın birliyi əbədi olsun!
Qeyd edək ki, 28 May-Müstəqillik Günü və Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivinə-professor-müəllim və işçi heyətinə 190 manat məbləğində pul mükafatları verilib.