Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə bu il də sadiq qalaraq birgə yay gəzintisinə çıxıb. Universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla professor-müəllim-işçi heyəti Lənkəranın Xanbulançay ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn gəzintiyə kollektivin arzu edən üzvlərinin hamısı qatılıb.
Talış dağlarının qoynunda salınmış istirahət mərkəzi öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib, gərgin tədris ilinin “yük”ünü atmağa yardımçı olub.