İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib

Universitet logosu
Tarix: 18 İyun 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetindəki (LDU) İctimai şuranın üzvləri 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə bu gün universitetdə imtahanların gedişini canlı izləyiblər.
İctimai şuranın sədri, respublikanın əməkdar müəllimi Mənsur Ağayev və şura üzvləri- Azərbaycan Respublikasının xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhəri S. Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin direktoru, Respublikanın əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Akif Xalıqov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə yaxından tanış olublar.