LDU təmsilçiləri “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq elmi-praktik konfransda iştirak edir
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının 10 illiyinə həsr olunan konfransda Lənkəran Dövlət Universitetini LDU-nun rektoru, prof. Natiq İbrahimov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva və Elm və innovasiya şöbəsinin müdiri dos. Ülkər Babayeva təmsil edirlər.
Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda keçirilən Dəyirmi masada elm və təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru Ədalət Muradov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyev, UNEC Zaqatala filialının direktoru Raqif Qasımov, Sakarya Universitetinin professoru Fərrux Tuzcuoğlu iştirak edirlər. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov Dəyirmi masadakı çıxışında LDU-da son illərdə bu istiqamətdə görülən işlərdən, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açıb.
Konfransın ilk günü “Regional universitetlərin inkişafında universitet-dövlət biznes tərəfdaşlığı” mövzusunda panel müzakirələri keçirilib.
Beynəlxalq elmi-praktiki konfrans öz işini 4 iyul tarixində panel iclasları və beynəlxalq vörkşoplarla davam etdirir.