LDU-da İnzibati və idarəetmə heyətinin bacarıqlarının inkişafı üzrə təlim keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) inzibati və idarəetmə heyətinin bacarıqlarının inkişafı, əməkdaşların əmək hüquqları sahəsində məlumatlılığının artırılması məqsədilə təlim keçirilib.
Universitetin İnsan resursları və sənədlər üzrə iş şöbəsinin müdiri Nərmin Əfəndiyeva və hüquqşünas Çingiz Cavadov tərəfindən əmək qanunvericiliyi, idarəetmədə liderlik və effektiv idarəetmə, strateji planlaşdırma, vaxtın idarə edilməsi, komanda quruculuğu və motivasiya, insan resurslarının idarə edilməsi, preformansın qiymətləndirilməsi kimi mövzular müzakirə olunmuşdur.
Təlimdə əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə praktiki izahlar verilib.