LDU-da pedaqoji heyətin peşə bacarıqlarının artırılması üzrə metodiki təlim keçirilib
Lənkəran Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil İnstitutu arasında qarşılıqlı razılaşmaya əsasən LDU-da 1-27 iyun tarixlərində metodiki təlim keçirilib. Onlayn formatda keçirilmiş təlimdə Təhsil İnstitutunun əməkdaşları Nigar Əhmədova və Gülbəniz Abdullayeva “Müəllimlərin peşəkarlığının artırılması”, “Xüsusisi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodioqnostikası və psixokorreksiyası üzrə ixtisaslaşma” mövzularını ətraflı şərh ediblər. İştirakçılara metodiki işin təşkili, metodiki bacarıqların inkişaf etdirilməsi, nəzəri və praktiki bilik və bacarıqların təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda tədris prosesində effektiv psixokorreksiya strategiyalarını tətbiq etmək vərdişlərini formalaşdırmaq və s. barədə geniş məlumat verilib, mövzu ətrafında diskussiya keçirilib, suallar cavablandırılıb.
Təlimdə LDU-nun Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisləri, Pedaqogika, psixologiya və incəsənət, İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının əməkdaşları və magistrlər iştirak ediblər.