LDU-nun Elmi şurasında yaz semestrinin imtahan sessiyasının nəticələri müzakirə edilib

Universitet logosu
Tarix: 09 İyul 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2025/2026-cı tədris ilində son iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada müzakirə olunan ilk məsələ - “2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib. Dos. Zaur Məmmədov “Sonuncu tədris ili tələbələrinin keçdikləri ixtisas üzrə təcrübələrin hesabatı” və “Tədris sahəsində görülmüş işlərin hesabatının dinlənilməsi” haqqında şura üzvlərini məlumatlandırıb.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyevin “Magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi haqqında”, “Elmi-pedaqoji potensialın inkişafı” ilə bağlı hesabatın dinlənilməsi”, “Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin hesabatının dinlənilməsi” və “Strateji inkişaf planının icrası ilə bağlı görülən işlər barədə” hesabatları dinlənilib.
Elmi şurada “İdarəetmə və strukturun inkişafı” barədə şuranın katibi dos. Allahşükür Quliyev məlumat verib.
Sonra Aqrar və mühəndislik, İqtisadiyyat və idarəetmə, Tarix-coğrafiya və incəsənət fakültələri üzrə dekanların hesabatları dinlənilərək müzakirə edilib. Hər 3 fakültə dekanlığının fəaliyyəti Elmi şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilib.
Elmi şuranın sonunda prof. Natiq İbrahimov yay məzuniyyətinə yollanan LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşlarına, professor-müəllim heyətinə xoş istirahət, elmi yaradıcılıqlarında uğurlar arzulayıb.