Zaqreb Universitetinin nümayəndəsi Lənkəran Dövlət Universitetində akademik ezamiyyətdədir

Universitet logosu
Tarix: 16 Sentyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) Baytarlıq fakültəsi ilə Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq Təbabəti Fakültəsi arasında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində həmin universitetin əməkdaşı Assist. Prof. Drajen Curiçiç (Dražen Đuričić) LDU-ya akademik səfər edib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov hörmətli qonağı qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə hər iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-tədqiqat işlərinin aparılması, həmçinin professor-müəllif və tələbə heyətləri arasında elmi-praktik əlaqələrin qurulması perspektivləri müzakirə olunub. Akademik ezamiyyət çərçivəsində dosent Drajen Curiçiç LDU-nun Baytarlıq fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün innovativ elmi seminarlar, ustad dərsləri və mühazirələr təşkil edəcəkdir. Bununla yanaşı, xorvatiyalı alimin universitetin elmi-tədqiqat laboratoriyalarında və praktiki təcrübə proseslərində yaxından iştirakı planlaşdırılır.