Türkiyəli professorun LDU-da ustad dərsləri

Universitet logosu
Tarix: 16 Oktyabr 2026
Ümumi xəbərlər
Qafqaz Universitetinin dekan müavini Prof. Dr. Cihan Kaçar ikitərəfli əməkdaşlıq çərçivəsində Lənkəran Dövlət Universitetində ustad dərslərini və təcrübi məşğələlərini davam etdirir.
Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasındakı elmi-akademik tərəfdaşlığın davamı olaraq, Türkiyənin Qafqaz (Qars) Universitetinin Baytarlıq fakültəsinin dekan müavini Prof. Dr. Cihan Kaçar Lənkəran Dövlət Universitetində (LDU) genişmiqyaslı tədris və elmi-praktiki fəaliyyət proqramı həyata keçirir.
Professor LDU-da Baytarlıq və aqrar sahədə tədris aparan professor-müəllim heyəti üçün heyvandarlıqda məhsuldarlığın artırılması və müasir təhsil metodologiyaları üzrə elmi seminarlar aparır, ustad dərsləri keçir, tələbələrə heyvanların reproduktiv sağlamlığı, doğum, ginekologiya və dölvermə problemləri mövzusunda nəzəri məşğələlər aparır, nəzəriyyənin real iş şəraitində tətbiqi məqsədilə tələbələrlə birlikdə ultrasəs müayinələri (USM), süni mayalanma protokolları və mamalıq-ginekologiya sahəsində cərrahi əməliyyatların əyani icrasını təşkil edir.
Qeyd edək ki, bu ustad dərsləri tələbələrin əmək bazarında rəqabətədavamlı, yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.