Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub
10–17 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Kokand Universitetinin əməkdaşı Davronjon Abdullajonov Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) “Orhun” mübadilə proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) akademik səfərdə olub.
Səfər müddətində D. Abdullajonov LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşlər keçirib. Görüşlərdə tədrisin təşkili, müasir təlim metodlarının tətbiqi, elmi-tədqiqat fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Qonaq tələbələrə Kokand Universitetinin fəaliyyəti, təhsil imkanları və akademik mühiti barədə təqdimat edib, həmçinin dərslərdə iştirak edərək interaktiv metodlara əsaslanan təlimlər keçib.
Səfər çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında beynəlxalq əlaqələrin genişləndirilməsi, akademik mübadilənin inkişafı, birgə elmi araşdırmaların təşviqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.