LDU-da biomüxtəlifliyin qorunmasına dair sorğunun nəticələri müzakirə olunub

Universitet logosu
Tarix: 19 Oktyabr 2026
Ümumi xəbərlər
ənkəran Dövlət Universitetində (LDU) bakalavriat və magistratura tələbələri arasında biomüxtəlifliyin qorunması mövzusunda keçirilən anket sorğusunun nəticələrinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
16–19 oktyabr 2026-cı il tarixlərində keçirilən sorğunun məqsədi tələbələrin ekoloji məlumatlılıq səviyyəsini öyrənmək, ətraf mühitin mühafizəsinə münasibətlərini müəyyənləşdirmək və universitetdə həyata keçirilə biləcək ekoloji təşəbbüsləri dəyərləndirmək olub.
15 sualdan ibarət anonim sorğu biomüxtəliflik, ətraf mühitin çirklənməsi, meşələrin qırılması və iqlim dəyişikliyi daxil olmaqla 6 əsas istiqaməti əhatə edib. Dəyirmi masa zamanı Azərbaycanda biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin mühafizəsi, eləcə də ekoloji məsuliyyətin artırılması ilə bağlı tələbələrin fikir və təklifləri dinlənilib.
Müzakirələrin yekununda ekoloji maarifləndirmənin gücləndirilməsi, tələbələrin praktiki və elmi fəaliyyətlərə cəlb olunması, həmçinin könüllülük təşəbbüslərinin dəstəklənməsi vacib hesab edilib.