LDU-da tələbələrin universitet həyatına adaptasiyası ilə bağlı maarifləndirici seminar keçirilib

Universitet logosu
Tarix: 22 Oktyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində “İnkluziv təhsil və psixoloji xidmət” layihəsinin meneceri, dosent Ləman Verdiyevanın təşkilatçılığı ilə “I tədris ili tələbələrinin universitet həyatına sosial-psixoloji adaptasiyası” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Tarix, coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova, Pedaqogika, psixologiya və incənət kafedrasının baş müəllimi Nahidə Cəfərova çıxış ediblər.
Daha sonra Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV tədris ili tələbələri Ülkər Məcidlinin və Fatimə Cəfərovanın mövzu ilə bağlı təqdimatı olub.
Sonda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.