LDU-da təhsil proqramlarının akkreditasiyaya hazırlığı və keyfiyyət təminatı məsələləri müzakirə olunub

Universitet logosu
Tarix: 12 Noyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə təhsil proqramları üzrə özünütəhlil hesabatlarının, kompetensiya xəritələrinin və müvafiq strukturlar üzrə fəaliyyət planlarının hazırlanmasının təkmilləşdirilməsinə dair növbəti iclas keçirilib.
Tədbirdə çıxış edən tədris məsələləri üzrə prorektor dosent Zaur Məmmədov və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sevər Əhmədova ali təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda Elm və Təhsil Nazirliyinin müvafiq tapşırıqlarının, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) proqram akkreditasiyası üzrə tövsiyələrinin vaxtında və dəqiq icrasının vacibliyi xüsusi vurğulanıb.
İclas zamanı aşağıdakı əsas istiqamətlər diqqət mərkəzində saxlanılıb:
• Təhsil proqramlarının özünütəhlil hesabatlarının keyfiyyətli hazırlanması;
• Kompetensiya xəritələrinin vahid metodoloji formaya gətirilməsi;
• Struktur bölmələrin fəaliyyət planlarının universitetin Strateji İnkişaf Planına uyğunlaşdırılması.
Müzakirələr zamanı qarşıda duran vəzifələrin icra mexanizmləri nəzərdən keçirilib və müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.