Lənkəran Dövlət Universitetinin elmi göstəriciləri yüksəlib
Lənkəran Dövlət Universiteti (LDU) “Azərbaycan Milli H-index Ranking” reytinqinin 2026-cı ilin IV rübü üzrə açıqlanan nəticələrinə əsasən, elmi fəaliyyət sahəsində ötən illə müqayisədə irəliləyiş əldə edib.
2025-ci ilin göstəriciləri ilə müqayisədə universitetin milli elmi platformalardakı H-indeksi 17-dən 19-a yüksəlib. Mövcud statistik göstəricilərə əsasən, Scopus üzrə H-indeks 23-dən 25-ə, Web of Science üzrə 21-dən 23-ə, Google Scholar üzrə isə 13-dən 16-ya yüksəlib.
Bu göstəricilər universitetin elmi-tədqiqat potensialının gücləndirilməsi, elmi məhsuldarlığın artırılması və tədqiqat fəaliyyətinin beynəlxalq akademik müstəvidə mövqeyinin möhkəmləndirilməsi istiqamətində əldə olunan irəliləyişi əks etdirir.