LDU-da insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

Universitet logosu
Tarix: 25 Noyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) “İnsan alverinə qarşı mübarizə: insan hüquqlarının qorunması və cəmiyyətin məsuliyyəti” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov açıb. O, insan alverinə qarşı mübarizənin müasir dövrdə aktuallığından və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən bəhs edib.
Daha sonra Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Vüsal Nəsirli “İnsan alveri qurbanı olma — təhlükəni tanı, özünü qoru” mövzusunda geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında müzakirələrdə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Müjgan Musazadə və Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Zəhra Ağalıyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.