ADA Universitetinin nümayəndəsi LDU-nun tələbələri ilə görüşüb
26 noyabr 2026-cı il tarixində ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Nəzrin Əlizadə Lənkəran Dövlət Universitetinin (LDU) son tədris ili bakalavr tələbələri ilə məlumatlandırıcı görüş keçirib.
Görüşün əsas məqsədi region gəncləri arasında ADA Universitetinin təhsil imkanları barədə məlumatlılığı artırmaq və gələcək magistrantları maraqlandıran sualları cavablandırmaq olub.
Görüş zamanı tələbələrə humanitar və texniki sahələr üzrə Azərbaycan və ingilis dillərində tədris olunan magistratura proqramları, universitetin nəzdində fəaliyyət göstərən mərkəzlər və digər təhsil formatları, magistraturaya qəbul qaydaları və tələblər, mövcud təqaüd və maliyyə dəstəyi imkanları və s. barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.