Geri

11/09/23

“Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru”


22 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Tezislərin tərtibinə qoyulan tələblər:
1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır;
2. Tezis mətni 1-2 səhifə aralığında olmalı və konfransın adına uyğun tərtib edilməlidir;
3. Tezisin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər;
4. Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, aid olduğu müəssisə və e-mail ünvanı göstərilməlidir;
5. Elmi dərəcəsi olmayan müəlliflər üçün təsdiqli rəy tələb olunur;
6. Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə təqdim etməlidir;
7. Tezis müəlliflərinin ən azı biri konfransda iştirak etməlidir;
8. Tezislərin elmi potensialı müvafiq kafedrada yoxlanılmalı və bununla bağlı Universitetin Elmi hissəsinə çıxarış təqdim olunmalıdır;
(Lənkəran Dövlət Universitetinin əməkdaşları üçün)
9. Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır;
10. Konfrans üçün tezislər 1 dekabr 2023-cü il tarixinədək qəbul ediləcəkdir;
11. Hazırlanan tezislər elmi_tezis@lsu.edu.az elektron ünvanında qəbul olunur.

Tələblərə cavab verməyən tezislər qəbul edilməyəcəkdir.
“Bioloji müxtəlifliyin qorunması  və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru”


Mənbə:
Paylaş: