Geri

16/11/23

“Erasmus+ KA171” mobillik proqramı çərçivəsində Türkiyənin Afyon Kocatepe Universiteti baytarlıq ixtisası üzrə tələbələr üçün təqaüd proqramını açıq elan edib.


Hörmətli Tələbələr,

“Erasmus+ KA171” mobillik proqramı çərçivəsində Türkiyənin Afyon Kocatepe Universiteti baytarlıq ixtisası üzrə tələbələr üçün təqaüd proqramını açıq elan edib. Proqrama əsasən tələbələr Afyon Kocatepe Universitetində təqaüdlə bir semestrlik təhsil ala bilərlər. Mübadilə 2023/2024-cü tədris ilinin 2-ci semestri (fevral 2024 – may 2024) üçün nəzərdə tutulub.

Tədris türk və ingilis dillərində aparılır.

Müraciət üçün şərtlər:

· Yalnız Baytarlıq ixtisası üzrə tələbələr proqramda iştirak edə bilərlər.

· İngilis dili və ya Türk dili minimum B2 səviyyəsində olmalıdır.

Tələb olunan sənədlər

· Ərizə

· Transkript – (ÜOMG 80 baldan yuxarı olanlar)

Aşağıda göstərilən xərclər proqram tərəfindən qarşılanacaqdır:

· Gündəlik və otel xərcləri üçün aylıq ümumi: 800 avro

· Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaqdır.

Müsabiqədə iştirak etmək istəyən tələbələrdən sənədləri 20.11.2023-ci il tarixinədək : int-rel@lsu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 20.11.2023

“Erasmus+ KA171” mobillik proqramı çərçivəsində Türkiyənin Afyon Kocatepe Universiteti baytarlıq ixtisası üzrə tələbələr üçün təqaüd proqramını açıq elan edib.


Mənbə:
Paylaş: