Geri

09/10/24

ELAN


Hörmətli Tələbələr,

“Erasmus+ KA171” mobillik proqramı çərçivəsində Türkiyənin Kastamonu Universiteti LDU tələbələri üçün təqaüd proqramını açıq elan edib. Proqrama əsasən, tələbələr Kastamonu Universitetində təqaüdlə bir semestrlik təhsil ala bilərlər. Mübadilə 2024/2025-ci tədris ilinin 2-ci semestri (fevral 2025 –iyul 2025) üçün nəzərdə tutulub.

Müraciət üçün şərtlər:

· Yalnız “Məktəbəqədər təhsil” və “Komputer mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr proqramda iştirak edə bilərlər.

· İngilis dili minimum B2 səviyyəsində olmalıdır.

Tələb olunan sənədlər

· Ərizə

· Transkript – (ÜOMG 80 baldan yuxarı olanlar)

Qeyd: Bütün xərclər (gediş-gəliş, gündəlik və otel xərcləri) Erasmus+ proqramı tərəfindən qarşılanacaqdır.

Müsabiqədə iştirak etmək istəyən tələbələrdən sənədləri 15.10.2024-ci il tarixinədək :

int-rel@lsu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 15.10.2024

ELAN


Mənbə:
Paylaş: