Geri

17/04/20

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ


Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həsas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrinin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qəraraına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2019/2020-ci tədris ilinin II (yaz) və 2020/2021-ci tədris ilinin I (payız) semestrləri üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
1. Ünvanlı dövlət sosial yardımı alanlar (ÜDSY);
2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
2.2. işsiz kimi qeydiyyatda olanlar;
2.3. yaşa görə əmək pensiyaçılar;
2.4. yaşa görə sosial müavinət alanlar.
Azərbaycan Respublikasın Təhsil Nazirliyinin 04-26-477/15 nömrəli 15 aprel 2020-ci il tarixli məktubuna əsasən yuxaridakı kateqoriyalardan birinə daxil olan tələbələrdən office@lsu.edu.az elektron poçt ünvanına müraciət edərək aşağıdakı sənədləri həmin ünvana göndərməkləri tələb olunur:
Tələbənin şəxsiyyəti təsdiq edən sənədin, doğum haqqında şəhadətnamənin, bu şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin, tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnamənin, qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarının və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlərin, eləcədə valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyaçı, yaşa görə sosial müavinət alan) təsdiq edilən sənədlər;
Tələbədə təhsil haqqı xərcinin dövlət büdcəsi hüesabına ödənilməsi hüququ 2020-ci tədris smestrləri müddətində müraciət tarixinə yuxarıda göstrəilən şərtləin hər hansı biri olduqda təmin olunur. Tələbələr müvafiq sənədləri ən son 2019/2020-ci tədris ilinin II (yaz) smestri üçün 01 iyun 2020-ci il, 2020/2021-ci tədris ilinin I (payız) smestri üçün 01 dekabr 2020-ci ilə dək təqdim etməlidirlər.
Qeyd: Bu qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır.
1. Təkrar ali təhsil alan tələbələr,
2. Normativ təhsil müddətindən çox təhsil alan tələbələr,
3. Əyani təhsil almayan tələbələr.

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ


Mənbə:
Paylaş: