Geri
Yaponiya Dövlət Təqaüdü proqramları
Azərbaycanın Yaponiyadakı Səfirliyi Yaponiya
Dövlət Təqaüdü proqramları ilə əlaqədar 3 təhsil proqramı üzrə sənəd qəbulunu
açıq elan etmişdir. Xarici tələbələr üçün təqdim edilən bu proqramlar tam təqaüd
proqarmları olaraq, təhsil haqqından azad olma, Yaponiyaya gediş və dönüş
biletləri və aylıq təqaüdü nəzərdə tutur.
1.
2022-cil
il Elmi-tədqiqat (elmi-tədqiqatçı tələbə, magistratura, doktorantura) üzrə
Yaponiya Dövlət Təqaüd Proqramı - İlk öncə 2 illik tədqiqatçı
tələbə kimi qeyri-dərəcə proqramından başlayaraq, daha sonra magistratura və ya
doktorantura pilləsinədək irəliləyən minimum 2 illik təhsil proqramı olub,
universitetin bakalavr pilləsini bu il bitirəcək şəxslərdən başlayaraq 35 yaşadək
şəxslərin müraciəti üçün açıqdır.
2. 2022-ci il Bakalavr üzrə Yaponiya
Dövlət Təqaüd Proqramı - Bakalavr proqramı 1 illik hazırlıq
və 4 illik bakalavr pilləsi təhsili olmaqla cəmi 5 illik proqram olaraq, orta məktəbi
bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərin müraciəti üçün nəzərdə
tutulmuşdur.
3. 2022-ci il Texnologiya kolleci üzrə
Yaponiya Dövlət Təqaüd Proqramı - Texnologiya kollecində
təhsil proqramı 1 illik hazırlıq və 3 illik ixtisas təhsili daxil toplam 4
illik təhsil proqramını əhatə edərək, orta məktəbi bu il bitirəcək şəxslərdən
başlayaraq 25 yaşadək şəxslərə şamil olunan təhsil proqramıdır.
Yaponiya
Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləckdir.
Brifinqdə iştirak etmək istəyən şəxslər aşağıdakı məlumatları səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına
göndərə bilərlər:
1. Müraciət
etmək istədiyiniz proqramın adı
2. Ad
və familyanız
3. Əlaqə
nömrəniz
4. E-mail
ünvanınız
5. Hər
hansısa sualınız varsa, öncədən qeyd edə bilərsiniz.
Elmi-tədqiqat proqramı üzrə
brifinq:
3 may 2021-ci il saat 14:30 –
16:00 - Səfirlik tərəfindən izahat
saat 15:30
– 16:00 - sual-cavab
Bakalavr proqramı və Texnologiya
kolleci proqramı üzrə brifinq:
4 may 2021-ci il saat 14:30 – 16:00 - Səfirlik tərəfindən izahat
saat 15:30
– 16:00 - sual-cavab