Geri

31/05/21

“Azərbaycanda Rektorlar Konfransı” Erasmus + layihəsinin təqdimat mərasimi keçirilib.


4-6 may 2021-ci il tarixində Lənkəran Dövlət Universitetinin də tərəfdaş olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib. ECAR layihəsinin əsas məqsədi Rektorlar Konfransının yaradılması yolu ilə milli universitetlər və qərar qəbul edənlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləməkdir. Bununla yanaşı, həyata keçirilmək üçün seçilən yanaşma, əsasən təhsil ehtiyaclarına yönəldilmiş müvafiq paydaşlarla işbirliyi çərçivəsini əhatə edir. Layihənin ümumi məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı quraraq universitetlər və bütün digər tərəfdaşlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları, o cümlədən Lənkəran Dövlət Universitetin rektoru, eləcə də layihə iştirakçıları iştirak ediblər.

“Azərbaycanda Rektorlar Konfransı” Erasmus + layihəsinin təqdimat mərasimi keçirilib.


Mənbə:
Paylaş: