Geri

07/06/21

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ DOKTORANTURAYA QƏBUL OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!


Dövlət İmtahan Mərkəzində (DİM) 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib.

Nəzərinizə çatdırırıq ki, yeni qaydalara əsasən doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etməyə hazırlaşan namizədlər əvvəlcə xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidir.

İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı 2021-ci il iyunun 7-dən 13-dək aparılacaq.

İmtahanın 2021-ci il iyunun 20-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri və imtahan haqqında daha detallı məlumatları aşağıdakı link vasitəsilə Dövlət İmtahan Mərkəzinin saytından əldə edə bilərsiniz:

http://dim.gov.az/news/6701/

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ DOKTORANTURAYA QƏBUL OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!


Mənbə:
Paylaş: