Geri
18/12/19
LDU-da iqtisadi mövzuda təlim keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) “Elektron bankçılığın inkişafı” mövzusunda təlim
keçirilib. “ 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin
genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası
istiqamətində keçirilən tədbirdə mütəxxəssislər, tələbə və müəllimlər iştirak
edib.
Unibank ASC-nin
Lənkəran filialının direktoru Rövşən Abbasov “Nağdsız ödənişlərdə
innovasiyaların tətbiqi”, Rabitəbank ASC-nin Lənkəran filialının direktoru
Elçin Abiyev “Bankçılıqda motivasiya”
mövzularında məruzə ediblər.
Sonra tələbələr üçün iqtisadi mövzuda viktorina keçirilib.Qalib gələnlər mükafatlandırılıb və təlimdə fəal iştirak edən
tələbələrə sertifikatlar təqdim olunub.
Mənbə: