Geri
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Qurban bayramı münasibətilə universitet kollektivinə Təbriki.
Sizi-Lənkəran Dövlət Universitetinin bütün
əməkdaşlarını, professor-müəllim-tələbə
heyətini,o cümlədən, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı
müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm
cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi
olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və
humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din
yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi
dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini
yaşayırlar.Bu ilki bayram koronavirus
pandemiyası-Covid-19 səbəbindən fərqli qeyd olunsa da, əminəm ki, bu Qurban bayramı da
cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət
duyğularının təntənəsinə çevriləcəkdir.
Bir daha hər birinizə cansağlığı, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.Kəsilən qurbanlarınız
qəbul,xalqımızın rifahı naminə edilən dualarınız çin olsun!
Qurban bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini
icra edən.
Riyaziyyat üzrə elmlər doktoru,professor.