Geri

02/10/20

Qələbə bizimlədir!


Azərbaycanın rəşadətli ordusu işğal olunmuş torpaqlarımızda Ermənistan silahlı birləşmələrinin hücümunu dəf etmiş və hal-hazırda uğurlu əks hücum əməliyyatları aparır. Düşmənə vurulan ağır zərbələr onun daha da azğınlaşmasına və mülki vətədaşların yaşadığı yaşayış məntəqələrinin atəşə tutulmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyası və hərbi maraqlarımız yoxdur” –fikrini bütün ictimaiyyətə bəyan etməsi ölkəmizin ədalətli mövqeyindən xəbər verir. Mən Lənkəran Dövlət Universitetinin əməkdaşı olaraq, Ali Baş Komandanın tərəfində olduğumu bəyan edirəm və lazımı vaxtda tələb olunan yerdə -döyüş bölgəsində olmağa hər an hazıram. Ancaq təəssüf hissi ilə bildirirəm ki, bütün xalqın həmrəy olduğu bir zamanda Azərbaycanın bir sıra müxalifət partiyaları-Musavat və AXCP bu həmrəyliyi görmür, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyası dialoq çağırışına cavab vermirlər. Bu partiyaların dövlətimizin və xalqımızın bu şərəfli günündə birlik və bərabərlik çağrışlarına qoşulmaması bir vətədaş kimi məndə böyük təəssüf hissi doğurur. Bu gün birləşmək zamanıdır və bütün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşməklə bunu bir daha sübut edir .
Bizim işimiz haqq işidir.Biz qalib gələcəyik! Milli Ordumuz tezliklə zəfər çalacaq, qələbə sevincini Azərbaycan xalqına yaşadacaq!
Ramiz Şəmmədov
LDU-nun Təbiyyat fakültəsinin dekanı.

Qələbə bizimlədir!


Mənbə:
Paylaş: