Geri

02/10/20

Qələbəyə gedən yol milli birliyimizdən keçir.


İşğalçı Ermənistan 30 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etmişdir. Bu illər ərzində bir sıra Beynəlxalq təşkilatların iştirakı ilə məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində çoxlu səylər göstərilsə də, nəticəsiz qaldı. Bu gün güclü liderə və orduya malik, öz müqəddaratını özü həll etməyə qadir olan ölkəmiz vətəni düşməndən təmizləmək üçün ayağa qalxmışdır.
Ali Baş Komandanın əmrinə əsasən hər birimiz Vətən müharibəsində iştirak etmək üçün hazırıq. Lənkəran Dövlət Universitetinin bütün əməkdaşları ordumuza, igid döyüşçülərimizə, Ali Baş Komandanımıza arxadır, dayaqdır və yanındadır.
Qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyalar birlik haqqında bəyanat imzalayıb. Lakin çox təəssüf edirik ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyalar belə ağır gündə milli birliyə qoşulmadılar. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.
Biz - Lənkəran Dövlət Universitetinin bütün kollektivi gələcək nəslimizi vətənpərlik ruhunda tərbiyələndirməyi özümüzə mənəvi borc bilirik və bu gün hər birimiz Prezidentimizin və xalqımızın yanındayıq.Bu gün qələbəyə gedən yol milli birliyimizdən keçir.
Məmmədhüseyn Hüseynov
“Biologiya və ekologiya” kafedrasının müdiri

Qələbəyə gedən yol milli birliyimizdən keçir.


Mənbə:
Paylaş: