Geri

30/10/20

Türkiyə universitetləri haqq işimizə dəstəkdir.


Ali Baş Komandan , möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə başladığı ilk günlərdən Türkiyə Cümhuriyyəti qardaşlıq missiyasını uğurla yerinə yetirir. Bu sahədə dost və qardaş ölkənin universitetləri, ziyalıları, elm-sənət adamları, müəllim və tələbələr həmrəylik göstərirlər.
Son bir ayda Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinə gələn məktubların əksəriyyəti vətənpərvərlik mövzusundadır. Türk qardaşlarımız “bir millət, iki dövlət” kəlamlarını önə qoymaqla yanaşı, savaşa hazır olduqlarını da bildirirlər.
Kafkas Universiteti: (www.kafkas.edu.tr) saytın ilk sərlövhəsində İki dövlətin bayraqları yayımlanmaqla: “Kafkas Universitesi her zaman haklı davasında Can Azerbaycanın yanındadır”. Universitet kampusunun girişində Azərbaycan və Türkiyə dövlət bayraqları birgə dalğalanır.
Kastamonu Universiteti: (www.kastamonu.edu.tr) saytın ilk səhifəsində İki dövlətin bayraqları yayımlanmaqla: “Ezelden ebediyyata kardeşliğimizin devam ettiyi Azerbaycanın haklı davasını destekliyor, bu kutlu dava uğrunda şehit olmuş kardeşlerimize Allahtan rahmet, yaralılara acil şifalar diliyorum” yazılır.
Amasya Universiteti: (www.amasya.edu.tr) saytın ilk xəbərlər bölümündə: “Amasya Üniversitesi’nden Kardeş Azerbaycan’a Yardım Eli” başlıqlı yazı yerləşdirilib.
Kocaeli Universiteti: (www.kocaeli.edu.tr) saytın ilk səhifəsində İki dövlətin bayraqları yayımlanmaqla “Tek millet iki devlet” adlı məqalə verilmişdir.
Dəstək paylaşımları ilə bərabər, təsirli, qürurverici müraciətlər də almışıq.Onların bəzilərini paylaşıram:
Tuncay Demirtaş (Amasya Universitesi) telefonda “hocam, kurban olum, bizi de savaşa alın” deyir. Bildirir ki, onların universitetində Qarabağa dəstəklə bağlı tədbir keçirilib.
Haceli Necefoğlu (Kafkas Universitesi) “Twitinə qurban olduğum, Cənab Prezindent, tezliklə Şuşanın xəbərini ver!” deyir.
Mustafa Yiğitoğlu (Karabük Universiteti) “Hocam, bu konuda konferans ve ya simpozyum gecirek, hakk bizimdir”.
Namiq Musalı (Kastamonu Universiteti) “19 oktyabrda Kastamonu Valiliyindən icazə alıb Gəncə qətliamı ilə bağlı piket keçirdik” deyir.
Bu tipli şərhlər və edilən zənglər çoxdur. Bütün bunlar isə Türk qardaşlarımızın Azərbaycanın yanında olmasının əyani göstəricisidir.
Hesab edirik ki, işğalçı ermənilərin xalqımıza etdiyi terrorları, soyqrımları vahid türk dünyası adı altında bütün dünyaya vaxtında , həm də birgə çatdırmalıyıq.
Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi olaraq, 50-ə yaxın universitetə rəsmi olaraq təbliğedici yazı və məktublar, foto və video-materiallar göndərmişik.
Qarabağ Azərbaycandır!
Keçirilən tədbirlərlə aşağı linklərdən tanış ola bilərsiniz.
https://www.haberler.com/azerbaycanli-universite-ogrencilerinden-ulkelerine-13678340-haberi/
https://www.facebook.com/nusret.kasap/videos/10224730280745336/
http://www.yenimesaj.com.tr/azerbaycanli-ogrenciler-karabag-icin-yurudu-H1355769.htm
https://www.sabah.com.tr/gundem/2020/09/28/azerbaycanli-ogrencilerden-ermenistana-buyuk-tepki-1601304339

Zaur Məmmədov
LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Türkiyə universitetləri haqq işimizə dəstəkdir.


Mənbə:
Paylaş: