Geri
24/02/21
LDU Elmi şurasının iclası keçirilib.
Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası olub.İclası şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə olan məsələlər barədə qısa açıqlama edib.
Elmi şura üzvləri ilkin olaraq “Payız semestrinin imtahan sessiyasının nəticələri.Əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölünməsi haqqında” məsələni müzakirə ediblər. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məruzə edib. Məruzədə 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri (bakalavr; əyani),son payız semestri üzrə müvəffəqiyyət göstəricisi (bakalavr; əyani), payız semestri üzrə imtahan sessiyasında müvəffəq və qeyri-kafi qiymət alanlar (bakalavr; əyani), 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri (magistratura), bakalavriat səviyyəsində 2020/2021-ci tədris ilinin yaz semestri üçün ixtisas və kurslar üzrə təqaüd yerlərinin sayı barədə iclas iştirakçılarına ətraflı məlumat verilib və mövzu ətrafındakı suallar məruzəçi tərəfindən cavablandırılıb.
“2020/2021-ci tədris ilinin yaz semestrinin gedişi, istehsalat və pedaqoji təcrübələrin təşkili” barədə məruzəni də dosent İdrak Əsgərov təqdim edib. İdrak Əsgərov bildirib ki, istehsalat təcrübəsi üzrə rayonda yerləşən istehsalat müəssisələri ilə müqavilələr bağlanıb, pandemiya şəraitində qaydalar gözlənilməklə təcrübələrin təşkili qərara alınıb. Pedaqoji təcrübəyə gəldikdə isə , rayonda yerləşən orta məktəblər və bağçalarla müqavilələr bağlanıb, pandemiya şəraitində qaydalar gözlənilməklə təcrübələrin təşkili planlaşdırılıb.
“Universitetdə aparılan təmir-tikintiişlərinin gedişi haqqında” Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev danışıb. Azər Əliyev universitetin tədris korpuslarında, Elmi kitabxanada, qızlar yataqxanasında aparılan təmir-tikinti işlərinin gedişi haqqında şura üzvlərinə ətraflı məlumat verib. Qeyd edib ki, II korpusun hazırkı tədris binası yataqxana üçün uyğunlaşdırılacaq və həmin ərazidə yeni tədris korpusu inşa ediləcək.Universitetin yardımçı təsərrüfatında görülən işlərdən söz açan Azər Əliyev bildirib ki, hazırda 5 min ədəd dekorativ ağac və kol becərilib, şitillik təsərrüfatında tərəvəz şitilləri yetişdirilir.
“Biologiya və ekologiya kafedrasının illik hesabatı”nı kafedra müdiri Məmmədhüseyn Hüseynov təqdim edib.Hesabatda görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.
Universitetin Elmi və tədris metodiki şurasında baxılan işlər barədə Elmi katib Allahşükür Quliyevin hesabatı dinlənilib.
Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Mənbə: